Belediyye.infoya daxil olan məlumata görə, 07 mart 2017-ci il tarixdə şirvan regional ədliyyə idarəsinin inzibati binasında Avropa şurasının və Avropa ittifaqının şərq tərəfdaşlığı proqram əməkdaşlığı çərçivəsində ( 2015-2017 ) “ədliyyə Nazirliyinin regional ədliyyə idarələrinə dəstək” Pulsuz Hüquqi Yardımın Təşkili və Müasir Hüquqi maarifləndirmə alətlərinin tətbiqi mövzusunda praktiki seminar keçirilmişdir.
Seminarda şirvan, Sumqayıt, Lənkəran regional ədliyyə idarələrinin əməkdaşlarının iştirakı təmin olunmuş, şəki, Göyçay, Gəncə, şəmkir, Bərdə, Xaçmaz və imişli regional ədliyyə idarələrinin əməkdaşları virtual bağlantı vasitəsi ilə tədbirə canlı qoşulmuşlar.
Reqlamentə uyğun olaraq, seminarı açılış nitqi ilə layihə üzrə məsul şəxs Avropa şurasının Bakıdakı ofisinin nümayəndəsi Aynur Quliyeva açaraq “əhaliyə xidmət göstərən qrum olaraq regional ədliyyə idarələrinin, ədliyyə sahəsində aparılan islahatlarda rolu, onların fəaliyyət istiqamətləri”, “Ehtiyacların qiymətləndirilməsi hesabatının təqdim edilməsi”, “Azərbaycanda Pulsuz Hüquqi Yardımın Təşkili, bununla əlaqədar praktiki məsələlər”, “Pulsuz Hüquqi Yardımın effektiv təşkilində Avropa ölkələrinin təcrübəsi”, “Hüquq Klinikasının fəaliyyətinin təşkili”, “Müasir hüquqi maarifləndirmə alətlərinin tətbiqi” mövzusu barədə qısa məlumat verərək, mövzular ətrafında geniş diskusiyanın aparılması üçün sözü əməkdaşlara verdi.
Birinci mövzu barədə ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin aparıcı məsləhətçisi Abdulla Abdullayev çıxış edərək “əhaliyə xidmət göstərən qrum olaraq regional ədliyyə idarələrinin, ədliyyə sahəsində aparılan islahatlarda rolu, onların fəaliyyət istiqamətləri” haqqında məlumat verdi.
ikinci mövzu ətrafında Beynalxalq Ekspert cənab Margus Sarapuu “Ehtiyacların qiymətləndirilməsi hesabatının təqdim edilməsi” barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşdü və sualları cavablandırdı.
Üçüncü mövzu ətrafında isə Hüquq və inkişaf ictimai Birliyinin Direktoru, Vəkillər Kollegiyasının üzvü cənab Hafiz Həsənov “Azərbaycanda Pulsuz Hüquqi Yardımın Təşkili, bununla əlaqədar praktiki məsələlər” haqqında çıxış edərək tədbir iştirakçılarını məlumatlandırdı.
Dördüncü mövzu barədə Beynalxalq Ekspert Margus Sarapuu “Pulsuz Hüquqi Yardımın effektiv təşkilində Avropa ölkələrinin təcrübəsi” barədə məlumat verdi. Avropa ölkələrinin bu istiqamətdə gördükləri işlər və qazandıqları nəaliyyətlərdən danışdı.
Beşinci mövzu ətrafında ədliyyə Akademiyasının Hüquq Klinikasının nümayəndəsi Qalib Məmmədov “Hüquq Klinikasının fəaliyyətinin təşkili” mövzusu ətrafında iştirakçıları məlumatlandırdı.
Son mövzu ətrafında Beynalxalq Ekspert Margus Sarapuu “Müasir hüquqi maarifləndirmə alətlərinin tətbiqi” haqqında məlumat verdi, tədbirdə iştirak edən əməkdaşları məlumatlandıraraq verilən tədbir iştirakçılarının suallarını cavablandırıb.
Belediyye.info
|
|
|